...

Bakıda velosiped yollarının 100 km-ə çatdırılması nəzərdə tutulur

Cəmiyyət Materials 10 Yanvar 2025 10:44 (UTC +04:00)
Bakıda velosiped yollarının 100 km-ə çatdırılması nəzərdə tutulur
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Mikromobillik sahəsində qanunvericilik təkmilləşdirilmiş, kiçik elektrik nəqliyyat vasitəsi, kiçik elektrik nəqliyyat vasitəsinin operatoru anlayışları qanunvericiliyə daxil edilmiş, bu sahədə nəzarət tədbirləri təkmilləşdirilib. 31 küçə və prospekt üzrə 35 km velosiped yolları yaradılmış və mərhələlərlə təxminən 100 km-ə çatdırılması nəzərdə tutulur.

Trend xəbər verir ki, bu sözləri bu gün nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə heyətinin sədri Anar Rzayev deyib.

O qeyd edib ki, 300 parklanma məntəqəsi müəyyənləşdirilmiş, 100-dən artıq məntəqədə müvafiq nişanlanma işləri aparılıb.

“İşıqforlarda 25 ədəd velosiped bölməsi quraşdırılıb.

Bakı şəhərində operatorlar tərəfindən icarəyə verilən mikromobillik vasitələrinin sayı təxminən 4760 ədəd təşkil edir. Bunların 77%-ni kiçik elektrik nəqliyyat vasitəsi (skuter), 18%-ni velosiped, 5%-ni elektrik velosipedi təşkil edir.

Sentyabr-dekabr ayları üzrə mikromobillik operatorları tərəfindən 850,944 sifariş qəbul edilmiş və 2,244,302 km məsafə qət edilib.

2024-cü ilin avqust ayının 24-də velosipedlərin icarəsi üzrə "Apar" xidməti və mobil tətbiqi istifadəyə verilib. Bu xidmət çərçivəsində indiyədək təxminən 215,800 km məsafə qət edilmişdir. Velosipedlər üçün 70 parklanma məntəqəsi təşkil edilib."Apar" xidməti üzrə istifadəçi sayı 46000 nəfər təşkil edir”,- deyə sədr qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti