...

2025-ci ildə Azərbaycanın iqtisadiyyatı 3% artacaq - BMT

Siyasət Materials 10 Yanvar 2025 01:30 (UTC +04:00)
2025-ci ildə Azərbaycanın iqtisadiyyatı 3% artacaq - BMT
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT 2025-ci il üçün Azərbaycanın iqtisadi artımını 3% səviyyəsində proqnozlaşdırır.

Trend xəbər verir ki, bu rəqəm təşkilatın “Dünya İqtisadi Vəziyyəti və Perspektivlər 2025” hesabatında əks olunub.

Hesabatda bildirilir ki, Azərbaycanın iqtisadiyyatı müsbət dinamika nümayiş etdirir. 2024-cü ildə ölkədə iqtisadi artım daxili tələbatın genişlənməsi və qeyri-neft sektorunun inkişafı hesabına sürətlənib. Bundan əlavə, Azərbaycanın təbii qazına olan qlobal tələbatın 2025-ci ildə də iqtisadi artıma dəstək verəcəyi gözlənilir.

BMT həmçinin 2026-cı ildə Azərbaycanın ÜDM-nin yenidən 3% artacağını proqnozlaşdırır.

Hesabatda qeyd olunur ki, Azərbaycanın ÜDM-i 2023-cü ildə 1,1% artımdan sonra 2024-cü ilin sonuna kimi 4,6%-ə çatacaq. Bununla yanaşı, Azərbaycanın İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM artımını 3,5%, 2026-cı ildə isə 2,8% səviyyəsində proqnozlaşdırır.

Xəbər lenti

Xəbər lenti