Bakı. Trend:
Braziliyanın Ubatuba şəhərindəki Qastan-Madeyra hava limanında Cessna Aircraft biznes-jeti uçuş-enmə zolağından çıxaraq çimərlikdə partlayıb.
Trend xəbər verir ki, qəza nəticəsində çimərlikdə istirahət edənlər də daxil olmaqla 7 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Təyyarənin pilotunu xilas etmək mümkün olmayıb. Hadisə şahidləri əksəriyyəti uşaq olan sərnişinləri xilas edə bilib.
İlkin araşdırmalara əsasən, qəzanın baş verməsinə səbəb pis hava şəraiti və uçuş-enmə zolağının yağışdan islanması olub.