Bakı. Trend:
İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası qeydə alınıb.
Trend xəbər verir ki, "Everton" klubu Şon Dayç və onun köməkçiləri ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Şon Dayç 2023-cü ilin yanvar ayında "Everton"un baş məşqçisi vəzifəsinə təyin edilmişdi. Komanda bu mövsüm onun rəhbərliyi ilə keçirdiyi 21 rəsmi matçdan yalnız 4-də qələbə qazanıb, 8 görüş heç-heçə ilə yekunlaşıb, 9 qarşılaşmada isə məğlub olub.