...

Şəhərətrafı qəsəbələrdən Bakıya səfərlər üçün vahid nəqliyyat həlli tələb olunur - Nazir müavini

Cəmiyyət Materials 10 Yanvar 2025 11:35 (UTC +04:00)
Şəhərətrafı qəsəbələrdən Bakıya səfərlər üçün vahid nəqliyyat həlli tələb olunur - Nazir müavini
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Şəhərətrafı qəsəbələrdən Bakıya səfərlər üçün vahid nəqliyyat həlli tələb olunur.

Trend xəbər verir ki, bunu "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.

"Şəhərətrafı qəsəbələrdən Bakıya səfərlərin 97%-i avtomobillə (səyahətlərin 49%-i) və avtobusla (səyahətlərin 48%-i) həyata keçirilir, bu səbəbdən vahid nəqliyyat həlli tələb olunur", - o bildirib.

Onun sözlərinə görə, bu rəqəm dəmir yolu ilə (18 min, 3 %), avtobus (310 min, 48 %) avtomobillə isə (324 min,49 %) olub.

Xəbər lenti

Xəbər lenti