...

Prezident İlham Əliyev: Əgər bu Fransadırsa, onda sən demə Fransa yoxsul ölkə imiş

Siyasət Materials 7 Yanvar 2025 23:23 (UTC +04:00)
Prezident İlham Əliyev: Əgər bu Fransadırsa, onda sən demə Fransa yoxsul ölkə imiş
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Əgər bu Fransadırsa, onda sən demə Fransa yoxsul ölkə imiş.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Sözün düzü, bəlkə on il bundan əvvəl heç mənim də bu bölgələrlə bağlı o qədər də çox xəbərim yox idi. Amma bu son qasırğa nəticəsində üzə çıxan məlumat məni bir daha, belə desək, dərindən sarsıtdı. Sən demə, Fransa sayılan bir ərazidə əhalinin 70-75 faizi yoxsulluq şəraitində yaşayır. Axı nə üçün bu, onda Fransada olmalıdır? Fransanın prezidenti oraya gəlib deyir ki, Fransa olmasa, siz 10 min dəfə daha pis yaşayarsınız. Hara daha pis yaşamaq olar? Yetmiş beş faiz yoxsulluq şəraitində, mənzil fondunun 30-40 faizi köhnəlmiş, qəzalı vəziyyətdə. Əgər bu Fransadırsa, onda sən demə Fransa yoxsul ölkə imiş. Yəni, sadəcə olaraq, oranı strateji bir məntəqə kimi saxlamaq, oranın təbii sərvətlərini talamaq və xalqları əzmək, assimilyasiyaya məruz qoymaq, onları öz mənliyindən, dilindən, mədəniyyətindən məhrum etmək vəhşilikdir. Bu, heç bir ölkəyə şərəf gətirmir", - deyə dövlətimizin başçısı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti