...

Beyləqanda torpaq üstə mübahisə düşdü: qadın özünə xəsarət yetirdi

Hadisə Materials 6 Avqust 2025 16:58 (UTC +04:00)
Beyləqanda torpaq üstə mübahisə düşdü: qadın özünə xəsarət yetirdi
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Beyləqan.Trend:

Beyləqanda qohumlar arasında torpaq üstə düşən mübahisə zamanı qadın özünə xəsarə yetirib.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, rayonun Birinci Şahsevən sakini Həsənova Telnarə qardaşı arvadı ilə torpaq üstündə mübahisə edib.

Belə ki, mübahisə zamanı əsəbləşən T.Həsənova özünə bıçaqla xəsarət yetirib. Yaralı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in əməkdaşı baş vermiş mübahisədə özünə xəsarət yetirən qadınla bağlı TƏBİB-ə sorğu göndərib.

TƏBİB-dən bildirilib ki, 06.08.2025-ci il saat 14:00 radələrində Beyləqan rayonunda xəsarət alması səbəbilə 1 nəfər (qadın cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"1973-cü il təvəllüdlü şəxsə qarın divarının açıq yarası diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi xidmət göstərildikdən sonra müalicəsini davam etdirməsi üçün Cərrahiyyə şöbəsinə yerləşdirilib", - qurumdan əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti