...

Azərbaycanda bu il yaşayış evlərinin tikintisinə 1,3 milyard manatdan çox pul qoyulub

İqtisadiyyat Materials 6 Avqust 2025 11:50 (UTC +04:00)
Azərbaycanda bu il yaşayış evlərinin tikintisinə 1,3 milyard manatdan çox pul qoyulub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan yaşayış evlərinin tikintisinə 1,3 milyard manat sərf olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 51,9% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8073,5 milyon manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,5% az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 13,5 faiz artıb.

Ümumi sərmayənin 4067,9 milyon manatı və ya 50,4%-i məhsul istehsalı sahələrinin, 2672 milyon manatı (33,1%-i) xidmət sahələrinin, 1333,6 milyon manatı (16,5%-i) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 49,1%-i dövlət, 50,9%-i qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.

Sərmayə qoyuluşunun 78,2%-i tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 75,2%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti