...

Azərbaycanda quraşdırılan yeni nəsil NKA-ların sayı məlum olub

İqtisadiyyat Materials 6 Avqust 2025 16:06 (UTC +04:00)
Azərbaycanda quraşdırılan yeni nəsil NKA-ların sayı məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 107.755 ədəd belə NKA quraşdırılıb.

Bu barədə Trend DVX-yə istinadən xəbər verir.

Bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

"2025-ci ilin yanvar – iyul aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 milyard 190 milyon 580,2 manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyard manatdan, yaxud 11,5 faizdən çoxdur", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti