Bakı. Trend:
Mövcud qanunvericiliyə əsasən, turizm şirkəti ilə əməkdaşlıq edən və 2024-cü ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə əlaqədar 75 % güzəştdən faydalana bilməyən bələdçilər üçün də güzəştlər tətbiq edilir.
Bu barədə Trend-ə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, Vergi Məcəlləsinə əsasən, 2025-ci ildən bir sıra fəaliyyət növləri, o cümlədən turizm bələdçiliyi ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdikləri gəlirlərin həcmi 45 min manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 %-i gəlir vergisindən azaddır.
Qeyd edək ki, sözügedən qayda Prezident İlham Əliyevin 2024-cü il dekabrın 16-da imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda öz əksini tapıb. Bu qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minib.