Bakı. Trend:
UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Trend xəbər verir ki, bu gün Azərbaycan klublarından ilk olaraq “Araz-Naxçıvan” meydana çıxacaq.
2-ci mərhələdə “Aris”i (Yunanıstan) mübarizədən kənarlaşdıran (2:1, 2:2) təmsilçimiz Bakıda Kiprin “Omoniy”a klubunu qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.
7 avqust
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
20:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “Omoniya” (Kipr)
Baş hakim: Ondrjey Berska (Çexiya)
Bakı. "Liv Bona Dea Arena".