...

Azərbaycanda informasiya və rabitə sektoru üzrə əsas kapitala 153 milyon manatdan çox investisiya qoyulub

Telekommunikasiya Materials 6 Avqust 2025 13:03 (UTC +04:00)
Azərbaycanda informasiya və rabitə sektoru üzrə əsas kapitala 153 milyon manatdan çox investisiya qoyulub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda informasiya və rabitə sektoru üzrə əsas kapitala 153,4 milyon manat investisiya yönəldilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 66,3 mmilyon manat və ya 30,2% azalıb.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 1,9%-ə bərabər olub.

Hesabat dövründə bu göstəricinin 139,9 milyon manatlıq hissəsi isə yalnız rabitə sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyalar təşkil edib. Bu da 2024-cü ilin ilk 6 ayındakı göstəriciyə nisbətən 58,2 milyon manat və ya 29,4% azalma deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8,073 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az investisiya yönəldilib.

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 13,5 faiz artıb. Ümumi sərmayənin 4,067 milyard manatı və ya 50,4 faizi məhsul istehsalı sahələrinin, 2,672 milyard manatı (33,1 faizi) xidmət sahələrinin, 1,333 milyard manatı (16,5 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti