...

Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb - Yaralılar var (ƏLAVƏ EDİLİB)

Siyasət Materials 6 Avqust 2025 10:55 (UTC +04:00)
Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb - Yaralılar var (ƏLAVƏ EDİLİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, avqustun 5-də Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti