...

Myanma lideri vəfat edib

Dünya xəbərləri Materials 7 Avqust 2025 10:12 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Myanma prezidentinin vəzifələrini icra edən Myin Sve 74 yaşında vəfat edib.

Trend xəbər verir ki, bu barədə “Xinhua” agentliyi ölkənin milli müdafiə və təhlükəsizlik şurasına istinadən məlumat yayıb.

Məlumata əsasən, siyasətçi cümə axşamı səhər saatlarında dünyasını dəyişib. Bundan əvvəl o, səhhəti ilə əlaqədar məzuniyyət götürmüşdü.

Myin Sve 2016-cı ildən Myanma vitse-prezidenti vəzifəsini tutub.

2021-ci ilin (1 fevral) hərbi çevrilişindən sonra o, Vin Myinin əvəzinə prezident vəzifələrini icra edən təyin olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti