...

Azərbaycanın sənaye zonalarında avtomobil istehsalı 80% artıb

İqtisadiyyat Materials 6 Avqust 2025 16:25 (UTC +04:00)
Azərbaycanın sənaye zonalarında avtomobil istehsalı 80% artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2018-ci ildən 2025-ci ilin I yarısı da daxil olmaqla İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 518 milyon manatlıq avtomobil istehsalı həyata keçirilib.

Bu barədə Trend İZİA-ya istinadən xəbər verir.

Məlumata görə, təkcə cari ilin 6 ayı ərzində Hacıqabul Sənaye Parkında 59 milyon manatlıq --1928 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 16,6 milyon manatlıq 1165 ədəd avtomobil istehsal edilib. Avtomobil istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 80% artıb.

"Sənaye zonalarında sözügedən dövrdə “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar”, “JAC”, “Bestune” və s. markalı avtomobillər istehsal edilib", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti