Bakı. Trend:
İran prezidenti Məsud Pezeşkian gələn iki həftə ərzində Ermənistana səfər edəcək.
Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, ötən müddət ərzində İran prezidenti İraq, Pakistan, Azərbaycan, Qətər və Omana səfər edib.
Araqçi bildirib ki, növbəti mərhələdə isə İran prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammitində iştirak etməsi məqsədilə Çinə səfər edəcəyi gözlənilir.
İranlı nazir əlavə edib ki, İran region ölkələri ilə regional münasibətləri yüksək səviyyədə saxlamağa çalışır.