Bakı. Trend:
“Air France” aviaşirkəti haker hücumuna məruz qalıb.
Trend xəbər verir ki, şirkət saytına üçüncü şəxslər tərəfindən müdaxilə olunduğunu bildirib. Bir neçə min sərnişinə aid məlumatlar ələ keçirilib.
Bununla belə, hakerlər sərnişinlərin bank məlumatları və pasport nömrələrini ələ keçirə bilməyiblər. Götürülən informasiya başlıca olaraq müştəri xidmətlərinin sərnişinlərlə yazışmalarıdır.