Bakı. Trend:
Fransanın cənubunda meşə yanğınları sürətlə yayılaraq, geniş əraziləri məhv edir. Aude əyalətində meydana gələn yanğın 11 min hektara yaxın əraziyə yayılıb.
Trend bu barədə Fransa KİV-ə istinadən xəbər verir.
Küləklərin təsiri ilə şiddətlənən alov çox sayda yaşayış evlərini, üzüm bağlarını külə döndərib. Təbii fəlakət nəticəsində biri ağır olmaqla, azı 9 nəfərin yaralandığı bildirilir. Ən çox ziyan çəkmiş Kaukason kəndinin sakinləri təxliyə olunublar.
Yanğın Fransanı İspaniya ilə birləşdirən əsas avtomagistralın bağlanmasına səbəb olub.