...

Ukrayna münaqişəsinin həlli üçün ciddi addımlar atılmalıdır - Rubio

Dünya xəbərləri Materials 7 Avqust 2025 07:23 (UTC +04:00)
Ukrayna münaqişəsinin həlli üçün ciddi addımlar atılmalıdır - Rubio

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, prezident Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffla Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüş məhsuldar olub, lakin Ukrayna münaqişəsinin tam nizamlanması üçün hələ qarşıda xeyli iş var.

Trend xəbər verir ki, o, bu barədə "Fox Business" telekanalına müsahibəsində danışıb.

“Görüş ümumilikdə müsbət keçdi, lakin hələ də ciddi maneələr mövcuddur. Ümid edirik ki, yaxın saatlar və günlər ərzində bu çətinliklərin öhdəsindən gələ biləcəyik,” – deyə Rubio qeyd edib.

Xəbər lenti

Xəbər lenti