...

Ukrayna müharibəsinin tezliklə bitməsi üçün səylər göstəriləcək - Tramp

Dünya xəbərləri Materials 6 Avqust 2025 21:26 (UTC +04:00)
Ukrayna müharibəsinin tezliklə bitməsi üçün səylər göstəriləcək - Tramp

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bildirib ki, yaxın günlər və həftələr ərzində Ukraynadakı müharibənin başa çatdırılması üçün fəal səylər göstəriləcək.

Trend-in məlumatına görə, Tramp bu barədə sosial şəbəkədə yazıb.

“Stiven Uitkoff bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə çox məhsuldar görüş keçirib. Görüşdə mühüm irəliləyiş əldə olundu. Daha sonra bəzi Avropa müttəfiqlərimizlə bu barədə danışdım. Hər kəs razıdır ki, bu müharibə sona çatmalıdır”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilən görüş təxminən üç saat davam edib.

Xəbər lenti

Xəbər lenti