Bakı. Trend:
Yaşıl Kart Sisteminə üzv ölkələrə avtomobillə səfər etməyi planlaşdıran vətəndaşları üçün bu növ üzrə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) iştirakçısı olan sığorta şirkətlərinin adları açıqlanıb.
Bu barədə Trend İSB-yə istinadən xəbər verir.
Məlumata görə, Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərən və İSB-nin iştirakçısı olan sığorta şirkətləri aşağıdakılardır:
- “AtaSığorta” ASC
- “Atəşgah” Sığorta Şirkəti ASC
- “Azərbaycan Sənaye Sığorta” ASC
- “Meqa Sığorta” ASC
- “Paşa Sığorta” ASC
- “Qala Sığorta” ASC
- “Xalq Sığorta” ASC
Qeyd edək ki, İSB Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.