...

İranda İsrailə casusluqda ittiham edilən şəxs edam olunub

Dünya xəbərləri Materials 6 Avqust 2025 11:25 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün İranda İsrailin Mossad təhlükəsizlik xidmətinə casusluq etməkdə ittiham olunan Ruzbeh Vadi edam olunub.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Məlumatda qeyd olunur ki, ittiham olunan Ruzbeh Vadi casusluq etdiyini etiraf edib, o, ölkənin önəmli qurumlarından birində fəaliyyət göstərirmiş.

Vadinin edam hökmündə bildirilib ki, qeyd olunan şəxs ölkənin daxili və xarici təhlükəsizliyi əleyhinə cinayətlər törədib və ictimai asayişin kəskin şəkildə pozulmasına səbəb olub.

Xəbər lenti

Xəbər lenti