...

“Sovetski”də söküntü işlərinə başlanıldı (FOTO/VİDEO)

Cəmiyyət Materials 7 Avqust 2025 10:30 (UTC +04:00)
“Sovetski”də söküntü işlərinə başlanıldı (FOTO/VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Yasamal rayonu ərazisində yerləşən, keçmiş “Sovetski” kimi tanınan ərazidə istismar müddətini başa vuran, qəzalı vəziyyətdə olan, şəhərinin estetik görünüşünə xələl gətirən binaların söküntüsünə start verilib.

Trend-in məlumatına görə, həm sakinlərin təhlükəsizliyi, həm də şəhərsalma baxımından əhəmiyyətli olan bu proses gələcək üçün daha səmərəli və faydalı layihələrin reallaşdırılmasına zəmin yaradır.

Mərkəzi Parkın bu günədək istifadəyə verilən üç hissəsi sayəsində onun ümumi sahəsi artıq 35,4 hektara çatıb.

Şəhərin mərkəzində bu qədər geniş yaşıllıq zonası yaratmaq təkcə estetik deyil, həm də ekoloji baxımdan çox böyük önəm daşıyır.

Sakinlərin mədəni və rahat istirahəti üçün yaradılan bu müasir park həm yerli əhali, həm də şəhərin qonaqlarının rəğbətini qazanıb.

Hazırda davam edən söküntü işləri isə Mərkəzi Parkın daha da genişləndirilməsi, yeni yaşıllıq zolaqlarının salınması, bir sıra sosial-ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsi və şəhərin ümumi görkəminin daha da abadlaşdırılmasına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti