Bakı. Trend:
“Qəbələ” komandası futbolçusu Abdullahi Şuaybu ilə yollarını ayırıb.
Klubdan Trend-ə verilən məlumata görə, nigeriyalı oyunçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Abdullahi Şuaybu “Qəbələ”də keçirdiyi 29 oyunda 8 qol vurub.