...

Azərbaycan Akkreditasiya Mərkəzi Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına tamhüquqlu üzv qəbul olunub

İqtisadiyyat Materials 7 Avqust 2025 10:24 (UTC +04:00)
Azərbaycan Akkreditasiya Mərkəzi Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına tamhüquqlu üzv qəbul olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına ISO/IEC 17025:2017 beynəlxalq standartı üzrə tamhüquqlu üzv qəbul olunub.

Bu barədə Trend agentliyə istinadən xəbər verir.

Bildirilib ki, Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına tamhüquqlu üzvlük Azərbaycanın akkreditasiya sisteminin Asiya-Sakit Okean regionunda tanınmasına, eləcə də, sınaq və kalibrləmə nəticələrinin etibarlılığına zəmin yaradacaq.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına (APAC) ISO/IEC 17025:2017 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” beynəlxalq standartı üzrə tamhüquqlu üzv qəbul edilib.

Vurğulanıb ki, bu, AzAK tərəfindən akkreditasiya edilmiş sınaq və kalibrləmə laboratoriyalarının təqdim etdiyi uyğunluq sənədlərinin (kalibrləmə və sınaq nəticələri və s.) Asiya-Sakit Okean regionunda tanınmasına imkan yaradacaq, təşkilatın digər üzvləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, eləcə də, Azərbaycanın qlobal akkreditasiya sistemində daha fəal iştirakına töhfə verəcək.

"Qeyd olunmalıdır ki, AzAK tərəfindən 2024-cü ilin 30 iyul tarixində APAC-a tamhüquqlu üzvlük və Qarşılıqlı Tanınma Razılaşmasının (MRA) imzalanması məqsədilə rəsmi müraciət edilib. Bu xüsusda AzAK-ın fəaliyyətinin beynəlxalq akkreditasiya tələblərinə uyğunluğunun qiymətləndirilməsi və inkişaf perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə APAC nümayəndələri tərəfindən həmkar qiymətləndirilməsi həyata keçirilib. Aparılan qiymətləndirmənin müsbət nəticələri əsasında AzAK-ın APAC-a ISO/IEC 17025:2017 beynəlxalq standartı üzrə tamhüquqlu üzv olmaqla bağlı müraciəti qəbul edilib", - məlumatda bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 8.5.1-ci yarımbəndində milli akkreditasiya qurumunun ISO/IEC 17011:2017 “Uyğunluğun qiymətləndirilməsi qurumlarını akkreditasiya edən orqanlara tələblər” beynəlxalq standartının tələblərinə uyğunlaşdırılması, müvafiq akkreditasiya üzrə beynəlxalq və regional təşkilatlara tamhüquqlu üzvlüyünün təmin edilməsi, habelə qarşılıqlı tanınma razılaşmalarının bağlanılması nəzərdə tutulub. Bu çərçivədə AzAK-ın fəaliyyəti ISO/IEC 17011:2017 standartının, o cümlədən akkreditasiya üzrə beynəlxalq və regional təşkilatların tələblərinə uyğunlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti