...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 6 Avqust 2025 10:03 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,45 ABŞ dolları və ya 2,05% azalaraq 69,14 dollar/barel təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,57 dollar və ya 2,27% ucuzlaşaraq 67,60 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,44 dollar və ya 2,45% azalaraq, 57,36 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,36 dollar və ya 1,92% azalaraq 69,48 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti