...

Şəmkirdəki ağır qəzada ölənlərin və yaralananların adları məlum oldu

Cəmiyyət Materials 7 Avqust 2025 09:10 (UTC +04:00)
Şəmkirdəki ağır qəzada ölənlərin və yaralananların adları məlum oldu
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Şəmkir rayonunda 7 nəfərin öldüyü ağır yol qəzasında xəsarət alanların və ölənlərin adları məlum olub.

Trend-in əldə etdiyi məlumata görə, hadisə nəticəsində 1992-ci il təvəllüdlü Bayramov Şadət, 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva, 1977-ci il təvəllüdlü Aydın Pənahov, 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva, 2008-ci il təvəllüdlü Kənan Məmmədov, 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova və 1966-cı il təvəllüdlü Bağırov Arif həyatını itirib.

Qəza zamanı 1975- ci il təvəllüdlü Şahniyar Pənahova, 1969-cu il təvəllüdlü Kamran Məmmədov, 2004-cü il təvəllüdlü Nərmin Əliyeva, 1995-ci il təvəllüdlü Məcid Qəribov və 1970-ci il təvəllüdlü Bəkinaz Gözəlova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə Dövlət Yol Polisnin əməkdaşları cəlb olunub, müvafiq araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Şəmkirdə ağır yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 7 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti