...

Tovuzda evi yandıraraq 2 qadını qətlə yetirən şəxslərə hökm oxunub

Cəmiyyət Materials 6 Avqust 2025 15:51 (UTC +04:00)
Tovuzda evi yandıraraq 2 qadını qətlə yetirən şəxslərə hökm oxunub
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Üç il əvvəl oğurluq məqsədilə Tovuzda evə girən və evdə olan 2 qadını qətlə yetirən şəxslərin işi üzrə məhkəmə işi yekunlaşıb.

Trend-in məlumatına görə, cinayət işi üzrə 7 şəxsə hökm oxunub.

Belə ki, hadisə iyulun 25-də rayonun İbrahimhacılı kəndində qeydə alınıb. Belə ki, evdə baş verən yanğından sonra dərhal hadisə yerinə polis əməkdaşları və yanğın söndürənlər cəlb olunub. Yanğın söndürüldükdən sonra ev sahibi 68 yaşlı Yaqut Quliyeva və qonşusu, 70 yaşlı Həqiqət Cabbarovanın yanmış meyitləri tapılıb.

Evə oğurluq məqsədilə girmiş şəxslər bıçaqla hər iki qadını öldürdükdən sonra evdən 65 manat pul, 1 cüt qızıl sırğa və 1 ədəd mobil telefon götürüblər. Daha sonra evi yandırıblar.

Qeyd edək ki, Y.Quliyeva tək yaşayırmış. Onun övladlarından biri hazırda həbsxanadadır, digəri isə illər öncə vəfat edib. Həqiqət Cabbarova qonşusu xəstə olduğuna görə, onunla gecələyirmiş.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslər müvafiq olaraq 5 il 6 ay, 2 il 1 ay 29 gün, 2 il 6 ay 29 gün, 2 il 29 gün, 2 il, 10 il və ömürlük həbsə məhkum ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti