Bakı. Trend:
2025-ci ilin ilk altı ayında “WhatsApp” messajlaşma tətbiqində dələduzluqla əlaqəli 6,8 milyondan çox hesab bloklanıb.
Trend xəbər verir ki, bu “Meta” korporasiyasının mətbuat xidməti məlumat yayıb.
“Biz "WhatsApp"da insanlara dələduzluğu aşkar etməyə və ünsiyyətdə təhlükəsizliyi təmin etməyə kömək edəcək yeni alətlər tətbiq edirik.
Həmçinin, dələduzluq mərkəzləri ilə bağlı 6,8 milyondan çox "WhatsApp" hesabını bloklamışıq”, – deyə məlumatda bildirilir.