...

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı açıqlanıb

İqtisadiyyat Materials 6 Avqust 2025 12:07 (UTC +04:00)
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 12,5 faiz artıb.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Belə ki, Naxçıvan Muxtar Respublikasında 1 avqust 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artaraq 21.630 olub.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 12,8 faiz artıb və 589 təşkil edib.

Qeyd edilib ki, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 10,4 faiz artaraq 5.999 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti