...

ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynaya qaz nəqlini təmin edən infrastruktura hücumuna münasibət bildirib (ÖZƏL)

Energetika Materials 7 Avqust 2025 09:25 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynaya qaz nəqlini təmin edən infrastruktura hücumuna münasibət bildirib (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın mülki infrastruktur və yaşayış məntəqələrinə zərbələri yolverilməzdir.

Bunu ABŞ Dövlət Departamenti Trend-in Rusiyanın Azərbaycan qazının Ukraynaya nəqlini təmin edən obyektə hücumu ilə bağlı sorğusuna cavab olaraq bildirib.

“Rusiya bu cür hərəkətlərə dərhal son qoymalıdır. Məhz bu müharibənin insanlar üçün dağıdıcı fəsadları Prezident Trampın sülhə nail olmağa can atmasının əsas səbəbidir. Ölüm və dağıntılara son qoyulmalıdır”, – deyə departamentin nümayəndəsi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti