...

Dövlət büdcəsinin profisiti 13%-dən çox artıb

İqtisadiyyat Materials 6 Avqust 2025 15:38 (UTC +04:00)
Dövlət büdcəsinin profisiti 13%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 23,5 milyard manat təşkil edib.

Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, yeddi aylıq proqnozu 707,9 milyon manat və ya 3,1 faiz üstələyib.

Eyni zamanda dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 7 ayı ərzində 20,6 milyard manat proqnoza qarşı 19,9 milyard manat məbləğində icra edilib ki, bu da 96,9 faiz təşkil edir.

Beləliklə, cari ilin ilk 7 ayında büdcədə 3 milyard 536,3 milyon manat profisit yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,1% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti