Bakı.Trend:
Bolqarıstanın “Levski” klubu Konfrans Liqasının təsnifat mərhələsinin 3-cü turunun Sofiyada “Sabah” klubuna qarşı keçiriləcək ilk oyununa itki ilə çıxacaq.
Trend “Tema Sport”a istinadən xəbər verir ki, meydan sahiblərinə, yəqin ki, "Braqa" ilə matçda zədələnən yarımmüdafiəçi Georgi Kostadinov kömək etməyəcək.
Tibbi heyət bolqarlar üçün ən vacib oyunçunu hazırlamaq üçün əlindən gələni etsələr də, bunun mümkün olmayacağı, risk etmək ehtimalı çox azdır.
"Levski" - "Sabah" matçı avqustun 7-də Georgi Asparuhov adına stadionda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.