Bakı.Trend:
"Karvan" növbəti transferini həyata keçirib.
Trend klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Uğur Cahangirov ilə 1 illik müqavilə imzalanıb.
Məlumata görə, 24 yaşlı hücumçu son olaraq “Sumqayıt” klubunda çıxış edib.
Qeyd edək ki, yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək "Karvan" Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveira Silva, Kyle Spence, Gavi Thompson, Olavale Doen, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Durrant, Vüsal Məsimov, və Shaquill Snon uda heyətinə cəlb edib.