...

Paytaxtda 10 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

Cəmiyyət Materials 7 Avqust 2025 10:31 (UTC +04:00)
Paytaxtda 10 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 10 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.

Trend xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, paytaxtdakı 313 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi, əsas korpusun əsaslı təmiri, 57, 68, 141, 151 nömrəli məktəblərin sökülərək yenidən inşası, 59 və 324 nömrəli məktəblərin, 328 nömrəli uşaq bağçasının, Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçasının, həmçinin “Şahin Abbasov” adına körpələr evi-uşaq bağçasının əsaslı təmiri davam edir.

Eyni zamanda, ehtiyac olan 100-ə yaxın təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanda infrastrukturun inkişafına və təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət siyasəti nəticəsində təhsil müəssisələrinin mütləq əksəriyyəti müasir tələblər səviyyəsində yenidən qurulub.

Paytaxtdakı təhsil müəssisələrində aparılan tikinti və təmir-bərpa işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti