...

Qəzzada humanitar yardım maşını izdihamın üzərinə aşıb - Ölənlər var

Dünya xəbərləri Materials 6 Avqust 2025 14:35 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza bölgəsində humanitar yardım daşıyan yük maşının aşması nəticəsində azı 20 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

Trend bu barədə "Aljazeera" telekanalına istinadən xəbər verir.

Bədbəxt hadisə yük maşını Qəzzanın mərkəzinə ərzaq və zəruri vasitələr paylayan zaman izdihamın toplaşdığı əsnada baş verib.

Hadisə humanitar təşkilatların anklavda aclıq və xəstəliklərin yayılması barədə xəbərdarlıq etdiyi bir vaxtda baş verir. Qəzzada aclıq və natamam qidalanmadan ölüm hallarının sayı artmaqda davam edir.

Çərşənbə günü azı üç nəfərin natamam qidalanmadan öldüyü barədə tibbi mənbələr “Al-Jazeera”ya məlumat veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti