...

Naxçıvanda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb (FOTO)

Hadisə Materials 6 Avqust 2025 19:00 (UTC +04:00)
Naxçıvanda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Trend-in məlumatına görə, Babək rayonunda yol patrul xidməti əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı “Volkswagen” markalı avtomobili idarə edən sürücü E.Məmmədov qaydaları kobud şəkildə pozduğu üçün ona “saxla” işarəsi verilib.

Belə ki, sürücünün narkotik vasitə qəbul etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub.

E.Məmmədov barəsində inzibati protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti