Bakı. Trend:
İngiltərənin “Liverpul”un klubunun hücumçusu Darvin Nunes karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Trend xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bildirilib ki, “Əl-Hilal” uruqvaylı forvardın transferini yekunlaşdırmaq üzrədir.
“Liverpul” ərəblərin 53 milyon avro və bonuslardan ibarət təklifini qəbul edib.
26 yaşlı futbolçunun keçidi yaxın günlərdə rəsmiləşəcək.
Qeyd edək ki, Darvin Nunes 2022-ci ilin yayında “Benfika”dan “Liverpul”a transfer edilib. Uruqvay millisinin üzvü ötən mövsüm İngiltərə çempionunun heyətində meydana çıxdığı 45 rəsmi matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.