Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “TKM İnternational Baku” şirkətini dövlət qeydiyyatına alıb.
Trend xəbər verir ki, şirkətin təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyətdir.
Paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 142 ünvanında yerləşən şirkət 100 000 manat sərmayə ilə təsis edilib.
Şirkətin qanuni təsmilçisi Pakistan vətəndaşı İbrahim Muhammad adlı şəxsdir.
Şirkətin fəaliyyət istiqaməti açıqlanmayıb.
