Bakı. Trend:
Cari ilin ilk 7 ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 10,6 milyard manat təşkil edib.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici proqnozdan 598 milyon manat və ya 6 faiz çox icra edilib.
Eyni zamanda hesabat dövründə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 26,9 milyon manat təşkil edərək proqnozdan 6,9 milyon manat və ya 34,4 faiz, sair daxilolmalar 488 milyon manat təşkil edərək proqnozdan 323,3 milyon manat və ya 2,96 dəfə çox icra edilib.