...

Azərbaycanın Suriyaya qaz ixrac etməsi beynəlxalq enerji siyasətində artan rolunun göstəricisidir – Deputat

Gündəm Materials 6 Avqust 2025 12:11 (UTC +04:00)
Azərbaycanın Suriyaya qaz ixrac etməsi beynəlxalq enerji siyasətində artan rolunun göstəricisidir – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Suriyaya qaz ixrac edəcəyi ilə bağlı keçirilən son tədbir təkcə bir iqtisadi razılaşma kimi deyil, eyni zamanda, Azərbaycanın regional və beynəlxalq enerji siyasətində artan rolunun göstəricisidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bu addım enerji resurslarının şaxələndirilməsi və strateji tərəfdaşlıqların genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Son illərdə Azərbaycan enerji ixracı sahəsində mühüm nailiyyətlər əldə edib. Xəzər dənizinin zəngin qaz ehtiyatlarına malik olan Azərbaycan bu potensialdan səmərəli istifadə edərək, bir sıra transmilli layihələrə imza atıb. TANAP və TAP kimi layihələrlə Avropa bazarlarına çıxış əldə edən Azərbaycan, indi də Yaxın Şərq istiqamətində yeni bir səhifə açır.

Suriyaya qaz ixracı bu baxımdan strateji əhəmiyyət daşıyır. İlk növbədə, bu layihə Azərbaycanın yeni bazarlara çıxışını təmin edir və onun qaz ehtiyatlarından səmərəli istifadə imkanlarını artırır. Digər tərəfdən, Azərbaycan enerji siyasətində sabitlik və etibarlılıq nümayiş etdirərək beynəlxalq aləmdə enerji təminatçısı kimi nüfuzunu daha da möhkəmləndirir”.

Deputat vurğulayıb ki, Azərbaycanın Suriyaya qaz ixracı Yaxın Şərq regionunda enerji əməkdaşlığının inkişafına da töhfə verir:

“Müharibədən sonra bərpa olunan Suriyanın enerji təchizatına ehtiyacı böyükdür və bu ehtiyacı qarşılamaq üçün Azərbaycan kimi təcrübəli və etibarlı tərəfdaşlarla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu addım, həmçinin Azərbaycanın regionda iqtisadi və siyasi təsir imkanlarını genişləndirməsinə şərait yaradır.

Azərbaycanın qaz ixrac etdiyi ölkələrin coğrafiyasının genişlənməsi, ölkəmizin enerji təhlükəsizliyinin əsas sütunlarından biridir. Şaxələndirilmiş ixrac marşrutları və tərəfdaş ölkələr portfeli, Azərbaycanın qaz ixracından gəlirlərini artırır və bazar risklərini azaldır. Bu həm də daxili enerji bazarının sabitliyi və dayanıqlığı üçün əlverişli mühit yaradır.

Azərbaycanın enerji siyasətində təkcə ixrac deyil, həm də hasilat və infrastrukturun inkişafı xüsusi önəm daşıyır. “Şahdəniz”, “Abşeron” və digər qaz yataqları üzrə həyata keçirilən layihələr enerji istehsalının artırılmasına xidmət edir. Eyni zamanda, ekoloji davamlılıq və alternativ enerji mənbələrinin inkişaf etdirilməsi də strateji gündəmdə yer alır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti