...

MİQ üzrə vakansiya seçimi başlayıb

Cəmiyyət Materials 6 Avqust 2025 11:05 (UTC +04:00)
MİQ üzrə vakansiya seçimi başlayıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə start verilib.

Bu barədə Trend-ə Təhsil İnstitutunun İnsan resusları şöbəsindən məlumat verilib.

Belə ki, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilər.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Xəbər lenti

Xəbər lenti