Bakı. Trend:
İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) nümayəndələri qarşılıqlı əməkdaşlığın çərçivələrini müzakirə edəcəklər.
Trend xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi “Tehran” telekanalına açıqlamasında məlumat verib.
Nazirin sözlərinə görə, AEBA baş direktorunun müavininin yaxın vaxtlarda planlaşdırılan Tehrana səfəri çərçivəsində tərəflər əməkdaşlığın mümkün istiqamətləri üzərində fikir mübadiləsi aparacaqlar.
“Səfərin əsas məqsədi parlamentin qəbul etdiyi yeni qanun kontekstində İranın AEBA ilə dinc nüvə proqramı üzrə əməkdaşlığının gələcək formasını müəyyənləşdirməkdir. Eyni zamanda agentliyin yoxlamalara dair müraciətləri, bu müraciətlərin Ali Milli Təhlükəsizlik Şurasında qiymətləndirilməsi və cavab mexanizmləri də müzakirə olunacaq,” – deyə Araqçi qeyd edib.