...

"Fənərbaxça" "Feyenoord"a məğlub oldu - Çempionlar Liqası

İdman Materials 7 Avqust 2025 01:46 (UTC +04:00)

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Trend xəbər verir ki, "Fənərbaxça" səfərdə Niderland təmsilçisi "Feyenoord"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, cütün cavab qarşılaşması avqustun 12-si İstanbulda baş tutacaq.

Çempionlar Liqası III təsnifat mərhələsi

"Feyenoord" - "Fənərbaxça" 2:1

Qollar: Q.Qimber,19, A.Hadj Moussa, 90+1, - S.Amrabat,86

Xəbər lenti

Xəbər lenti