...

Bakıda polis 34 kiloqramdan artıq narkotik vasitəni dövriyyədən çıxarıb (VİDEO)

Hadisə Materials 6 Avqust 2025 10:39 (UTC +04:00)
Bakıda polis 34 kiloqramdan artıq narkotik vasitəni dövriyyədən çıxarıb (VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin satışı və dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Mahir Abbasov saxlanılıb. Ondan ümumilikdə 34 kiloqram 650 qram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.

Faktla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti