...

Rusiyanın Kamçatda bölgəsində daha bir güclü zəlzələ olub (YENİLƏNİB)

Dünya xəbərləri Materials 6 Avqust 2025 15:12 (UTC +04:00)
Rusiyanın Kamçatda bölgəsində daha bir güclü zəlzələ olub (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Kamçatda bölgəsində daha bir güclü zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumata görə, bu dəfə yeraltı təkanın maqnitudası 6,4 bal təşkil edib.

Zəlzələnin Petropavlovsk-Kamçatskda 3 bal intensivliyində hiss olunduğunu deyilir.

xxx

10:14

Rusiyanın Kamçatka bölgəsində güclü zəlzələ olub.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Rusiyanın Vahid Geofizika Xidmətinin Kamçatka filialının verdiyi məlumata əsasən, 5,7 bal gücündə zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 342 kilometr aralıda qeydə alınıb.

Zəlzələnin yeraltı ocağı 82,3 km dərinlikdə olub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat daxil olmayıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti