...

Biletlə azad olunmuş ərazilərə səfər edənlərə icazə avtomatik veriləcək

Cəmiyyət Materials 6 Avqust 2025 14:38 (UTC +04:00)
Biletlə azad olunmuş ərazilərə səfər edənlərə icazə avtomatik veriləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 6-dan etibarən Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu funksionallığın təmin edilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyinin idarələrarası informasiya sistemləri arasında yaradılmış inteqrasiya nəticəsində mümkün olub.

“Biletim.az” portalı üzərindən işğaldan azad edilmiş ərazilərə bilet alınarkən təqdim olunan icazənin müddəti 5 gün təşkil edir.

Bu dəyişikliklər vətəndaşlar üçün prosedurların sadələşdirilməsi və səfərlərinin daha rahat keçməsi məqsədilə tətbiq olunur", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti