...

Balakənin su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq - 31 milyon manatlıq LAYİHƏ

İqtisadiyyat Materials 6 Avqust 2025 14:26 (UTC +04:00)
Balakənin su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq - 31 milyon manatlıq LAYİHƏ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Balakən şəhərinin su təchizatı yenidən qurulacaq.

Trend-in məlumatına görə, görüləcək işlər çərçivəsində şəhərin kanalizasiya sisteminin də yenidən qurulması işləri aparılacaq.

Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı müvafiq işlərə start verib.

Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirmək mərhələsindədir.

Dövlət xidməti görüləcək işlərin 30,9 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti