Bakı. Trend:
Ucar rayonunun Küçəkənd kəndində “Ford” və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində “Ford” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.
Digər avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.