...

ABŞ aeroportuna potensial silahlı hücumun qarşısı alınıb

Dünya xəbərləri Materials 6 Avqust 2025 14:13 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Florida ştatında polis əməkdaşları Palm-Biç aeroportunda kütləvi atışma törətməyi planlaşdırdığı güman edilən bir kişini saxlayıb.

Trend bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.

Polisi hava limanı yaxınlığında tünd rəngli avtomobilini duracağa qoymuş “şübhəli şəxs” barədə aeroportun əməkdaşları məlumatlandırıb. Hadisə yerinə gələn polis avtomobildə AR-15 yarımavtomat silahı üçün patron komplektini aşkarlayıb.

Davam etdirilən axtarış nəticəsində, maşından tam dolumlu AR-15 silahı və bir neçə bıçaq üzə çıxıb. Maykl Rodriqez adlı şübhəli asayiş keşikçiləri tərəfindən saxlanılıb.

Rodriqezin buna qədər çoxsaylı məhkumluğu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti